...

Qəbələdə güclü qar qəzaya səbəb oldu

Hadisə Materials 27 Yanvar 2016 08:57 (UTC +04:00)
Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda hərəkət edən avtomobil 4 nəfərlə sürüşərək yolun kənarında qalıb.
Qəbələdə güclü qar qəzaya səbəb oldu

Bakı. Trend:

Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda hərəkət edən avtomobil 4 nəfərlə sürüşərək yolun kənarında qalıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq köməklik göstərib.

Əməliyyat saat 23:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti