...

Bakı-Qazax yolunda yük maşını qəzaya uğradı

Hadisə Materials 27 Yanvar 2016 22:06 (UTC +04:00)
Bu gün saat 20:00 radələrində Bakı-Qazax avtomagistralı ilə hərəkətdə olan yük avtomobil qəzaya uğrayıb
Bakı-Qazax yolunda yük maşını qəzaya uğradı

Bakı. Trend:

Bu gün saat 20:00 radələrində Bakı-Qazax avtomagistralı ilə hərəkətdə olan yük avtomobil qəzaya uğrayıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Türkiyə vətəndaşı Mustafa Semzkadimoğlunun TIR tipli yük avtomobilinin sükanı arxasında ürəyi dayanıb, nəticədə maşın yoldan çıxaraq torpaq təpəyə çırpılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti