...

Bakıda və Sumqayıtda mənzil yanıb

Hadisə Materials 2 Fevral 2016 08:13 (UTC +04:00)
Bakıda və Sumqayıtda mənzil yanıb.
Bakıda və Sumqayıtda mənzil yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin hamamında, şaxtanın içərisində 0.5 p.m plastik boru və 1 kv.m sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:26-a yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti