Bakı. Trend:
Nərimanov rayonunda maşınla adam vurulub.
Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, hadisə fevralın 3-də, səhər saat 7 radələrində baş verib. Nərimanov rayonunun Xətai prospektində Bakı şəhər sakini Hüseyn Novruzov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.