...

Xaçmazda və Bərdədə evlər yanıb

Hadisə Materials 7 Fevral 2016 09:59 (UTC +04:00)
Xaçmaz və Bərdə rayonlarında evlər yanıb
Xaçmazda və Bərdədə evlər yanıb

Bakı. Trend:

Xaçmaz və Bərdə rayonlarında evlər yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ağyaz Buduq kəndində 1953-cü il təvəllüdlü Hacıyeva Nəzakət Hacağa qızına məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı mənzilin sahibinin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 03:40-da söndürülüb.

Bərdə rayonu, Əyricə kəndində ümumi sahəsi 221 kv.m olan birmərtəbəli 8 otaqlı kürsülü evin yanar konstruksiyaları və əşyaları qismən yanıb.

Qalan tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti