...

Özünü Kürə atan şəxs xilas edildi

Hadisə Materials 19 Fevral 2016 17:44 (UTC +04:00)
Mingəçevirdə intihara cəhdin qarşısı alınıb.
Özünü Kürə atan şəxs xilas edildi

Bakı. Trend:

Mingəçevirdə intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 1 nəfərin intihar məqsədilə özünü körpüdən Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:08-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti