...

Gəncədə 32 yaşlı şəhər sakini güllələnib

Hadisə Materials 21 Fevral 2016 01:55 (UTC +04:00)
Gəncə şəhərində güllələnmə faktı qeydə alınıb.
Gəncədə 32 yaşlı şəhər sakini güllələnib

Bakı. Trend:

Gəncə şəhərində güllələnmə faktı qeydə alınıb.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, təxminən saat 23:30 radələrində 32 yaşlı şəhər sakini Elmir Cəlilov odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Dərhal cərahiyyə şöbəsinə yerləşdirilən şəxs ölüb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdu.

Gəncə şəhər TTYX-da hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti