...

DSX-nın hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakıda cinayət hadisəsinin qarşısı alınıb

Hadisə Materials 23 Fevral 2016 09:19 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakı şəhərində cinayət hadisəsinin qarşısı alınıb.
DSX-nın hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakıda cinayət hadisəsinin qarşısı alınıb

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakı şəhərində cinayət hadisəsinin qarşısı alınıb.

Trend DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə edib.

Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən qaçıb. Baş çavuş S.Əlbəndəyev həmin şəxsi təqib edərək yaxalayıb və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti