...

Bakıda "Hyundai" yanıb, xəsarət alanlar var

Hadisə Materials 9 Mart 2016 19:25 (UTC +04:00)
Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda "Hyundai" yanıb, xəsarət alanlar var

Bakı. Trend:

Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yangın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti