...

Tanınmış rəssamın narkotikə görə tutulan oğlunun məhkəməsində müstəntiq ifadə verdi

Hadisə Materials 10 Mart 2016 17:35 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Tanınmış rəssamın narkotikə görə tutulan oğlunun məhkəməsində müstəntiq ifadə verdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Adil İsmayılovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Əflatun Səlimov əlavə şahid qismində ifadə verib.

Ə.Səlimov ifadəsində texniki səhvlərin olduğunu bildirib.

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğludur. O, 2015-ci il iyulun 23-də Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Xatırladaq ki, ötən prosesdə cinayət işinin materiallarındakı sənədlər tədqiq olunarkən ziddiyyətlər ortaya çıxıb. Belə ki, N.Ağabəyov barədə materiallar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə iyulun 24-də daxil olub və həmin gün də müstəntiq Ə.Səlimova müvafiq araşdırma aparılması tapşırılıb. Cinayət işinin başlanması barədə qərar isə 23 iyul tarixində verilib. Daha sonra N.Ağabəyovun hüquqlarını müdafiə edən A.İsmayılov vəsatətlə çıxış edib, Ə.Səlimovun məhkəmədə əlavə şahid qismində ifadə verməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti