...

Qaxda yanğın olub

Hadisə Materials 14 Mart 2016 05:20 (UTC +04:00)
Qaxda yanğın hadisəsi baş verib.
Qaxda yanğın olub

Bakı. Trend:

Qaxda yanğın hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Marsan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və ona bitişik ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, həmçinin ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:41-də söndürülüb.​

Xəbər lenti

Xəbər lenti