...

Məhkum dostunun yanına gələn türkün alt paltarından psixotrop həb çıxdı

Hadisə Materials 14 Mart 2016 20:08 (UTC +04:00)
2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkum dostunun yanına gələn türkün alt paltarından psixotrop həb çıxdı

Bakı. Trend:

2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə əsasən 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ümid Qubadovun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Mehmet Gencin üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlətdiyi 40 ədəd psixotrop həb aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti