...

Xaçmazda ağır yol qəzası - iki ölü, iki yaralı

Hadisə Materials 16 Mart 2016 12:17 (UTC +04:00)
Xaçmazda ağır yol qəzası baş verib
Xaçmazda ağır yol qəzası - iki ölü, iki yaralı

Bakı. Trend:

Xaçmazda ağır yol qəzası baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 16-da saat 03 radələrində Xaçmaz rayonunun Bayoba kəndində Quba rayon sakini Zaur Mərdanov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə onun sərnişinlərindən həmyerliləri Rövşən Babayev və Yusif Yusifov hadisə yerində ölüb, özü və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti