...

Qobustanda yanğın: zəhərlənənlər var

Hadisə Materials 20 Mart 2016 20:01 (UTC +04:00)
Qobustanda yanğın olub.
Qobustanda yanğın: zəhərlənənlər var

Bakı. Trend:

Qobustanda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində istifadəyə yararsız avtomobil təkərləri və 220 kv.m sahədə məişət tullantısı yanıb. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı avtomobil sexi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti