Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda Shacman markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur.
Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Əməliyyat saat 02:21-də başa çatmışdır.