...

Bakıda 36 cinayətkar qrup ifşa edilib

Hadisə Materials 20 Aprel 2016 17:49 (UTC +04:00)
Bu ilin 3 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 762 hadisə aşkarlanıb.
Bakıda 36 cinayətkar qrup ifşa edilib

Bakı. Samir Əli - Trend:

Bu ilin 3 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 762 hadisə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Xidmətin kameralarının arxiv görüntülərindən istifadə edilməklə 22 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 708 nəfərdən 42,5%-i (+5,2%, 301-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 340 nəfərdən isə 30,9%-i tutulub (+7,1%, 105-i).

Bununla yanaşı, 21 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də mənzillərdən 45 oğurluq törətmiş 48 nəfərdən ibarət 19 cinayətkar qrup ifşa olunub.

Narkotiklərlə bağlı aşkar edilmiş 351 fakt üzrə qanunsuz dövriyyədən 114 kq-dan çox (+6 kq, 108,2 kq) narkotik vasitə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti