...

Qobustanda təmir sexindən oğurluq edənlər saxlanıldılar

Hadisə Materials 24 May 2016 12:30 (UTC +04:00)
Qobustanda təmir sexindən oğurluq etmiş şəxslər tutulublar.
Qobustanda təmir sexindən oğurluq edənlər saxlanıldılar

Bakı. Trend:

Qobustanda təmir sexindən oğurluq etmiş şəxslər tutulublar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 19-na keçən gecə Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafiq İmanova məxsus "EL Metal" MMC-yə məxsus təmir sexindən 2000 manat dəyərində mis profillər oğurlanıb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Sürət Babayev, Röyal Məmmədov və Furman İsgəndərov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti