...

Gömrüyə "siqaret hücumu" davam edir (FOTO)

Hadisə Materials 26 May 2016 16:45 (UTC +04:00)
41 200 ədəd siqaretin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Gömrüyə "siqaret hücumu" davam edir (FOTO)

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 41 200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun gömrük nəzarəti zonasında 2 avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41 200 ədəd siqaret aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti