...

Goranboyda maşın ağaca çırpılıb, ölən var

Hadisə Materials 15 İyun 2016 06:20 (UTC +04:00)
Goranboy rayonunda vətəndaşa məxsus "LİFAN" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.
Goranboyda maşın ağaca çırpılıb, ölən var

Goranboy rayonunda vətəndaşa məxsus "LİFAN" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.

Nəticədə, sürücü 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Əməliyyat saat 00:45-də başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti