...

Yük maşını, tövlə və 500 bağlama ot külə döndü (FOTO/VİDEO)

Hadisə Materials 20 İyun 2016 18:12 (UTC +04:00)
Masallıda güclü yanğın hadisəsi baş verib.
Yük maşını, tövlə və 500 bağlama ot külə döndü (FOTO/VİDEO)

Bakı. Trend:

Masallıda güclü yanğın hadisəsi baş verib.

Trend CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xanalion kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Əlizadə Ağayev payıbəlli torpaq sahəsindən biçdiyi otu həmkəndlisi Şirzad Şiriyevə məxsus "QAZ-66" markalı yük maşını ilə evinə gətirib. Həyətdən keçən elektrik naqilinin qəfildən qırılaraq yük maşının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı quvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınsa da, yük maşını, eləcə də ümümi sahəsi 50 kvadratmetr olan tövlə və 500 bağlama ot yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti