...

Bakıda iki avtomobil yanıb

Hadisə Materials 27 İyun 2016 09:44
Bakıda iki avtomobil yanıb.
Bakıda iki avtomobil yanıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli-Trend:

Bakıda iki avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin mühərrikinin yanar hissələri və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün səhər saatlarında isə Suraxanı rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti