...

Göyçayda ova getdi, dostunu "ovladı"

Hadisə Materials 30 İyun 2016 14:01 (UTC +04:00)
Göyçayda ova gedən iki dostdan biri ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə digərinə xəsarət yetirib.
Göyçayda ova getdi, dostunu "ovladı"

Bakı. Trend:

Göyçayda ova gedən iki dostdan biri ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə digərinə xəsarət yetirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 28-də Göyçay rayonunun İnçə kənd sakinləri Namiq Hacıyev və Zaur Cabbarov kəndin ərazisində ov edərkən N.Yaqubov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Z.Cabbarovun qarın nahiyəsinə xəsarət yetirib. Z.Cabbarov xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşları tərəfindən N.Yaqubovdan müvafiq sənədləri olmayan “TOZ-17” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti