Bakı. Trend:
Bakıda mənzildən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxslər yaxalanıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulublar.