...

Sumqayıtda sexdə yanğın olub

Hadisə Materials 30 İyul 2016 15:54 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda yerləşən sexdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan mebel sexinin içərisinə yığılmış taxta tullantıları 10 kv.m və ətrafdakı ərazidə 150 kv.m sahədə məişət tullantıları yanıb.

Sex yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti