...

Siyəzəndə neft quyusunun ərazisində yanğın olub

Hadisə Materials 10 Avqust 2016 15:24 (UTC +04:00)
Siyəzən rayonu, Sədan kəndində neft quyusunda montaj işləri aparılan zaman quyunun ətrafına dağılmış neft məhsulları 80 m² sahədə və ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılmış elektrik lövhəsi və elektrik naqilləri yanıb.
Siyəzəndə neft quyusunun ərazisində yanğın olub

Bakı. Trend:

Siyəzən rayonu, Sədan kəndində neft quyusunda montaj işləri aparılan zaman quyunun ətrafına dağılmış neft məhsulları 80 m² sahədə və ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılmış elektrik lövhəsi və elektrik naqilləri yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, buruq və ətrafda olan digər buruqlar yanğından mühafizə olunub.

Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti