...

Samuxda 25 yaşlı oğlan sevdiyi qızla evlənə bilmədiyi üçün intihar etdi

Hadisə Materials 12 Avqust 2016 15:50 (UTC +04:00)
Samux rayonunda intihar hadisəsi baş verib.
Samuxda 25 yaşlı oğlan sevdiyi qızla evlənə bilmədiyi üçün intihar etdi

Bakı. Samir Əli - Trend:

Samux rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Samux rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə avqustun 12-də gecə saatlarında rayonun Çobanabdalı kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanov Fuad Məharət oğlu yaşadığı evdə özünü asıb. Ailə üzvləri hadisədən xəbər tutub və onu Samux rayon Xəstəxanasına çatdırıb.

Boğulma diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F. Mərdanovun həyatını xilas etmək mümkün olmayıb. F.Mərdanov bir-neçə saat sonra dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Kənd sakinlərinin Trend-ə verdiyi məluata görə, F.Mərdanov həmin kənddən bir qızı istəyib. Lakin qızın ailəsi onların ailə qurmasına icazə verməyib. Səbəb isə F.Muradovun əqli cəhətdən zəif olması deyilib. Bu barədə F.Mərdanov məlumat alıb, sonra isə intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti