...

Külli miqdarda qızıl oğurlayan qadın: "Tamah güc gəldi" (FOTO/VİDEO)

Hadisə Materials 29 Avqust 2016 18:11 (UTC +04:00)
Yevlax sakini Mingəçevirdə oğurluq etdiyinə görə polis tərəfindən saxlanılıb.
Külli miqdarda qızıl oğurlayan qadın: "Tamah güc gəldi" (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Yevlax sakini Mingəçevirdə oğurluq etdiyinə görə polis tərəfindən saxlanılıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, həmin şəxs 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Hadisə Mingəçevir şəhəri Energetiklər qəsəbəsindəki həyət evində baş verib.

Yevlax şəhər sakini 33 yaşlı Zarina Kərimova açarı ev sahibinin ayaqqabısının içərisindən götürərək evə daxil olub və mənzildən 4000 manat dəyərində zinət əşyalarını oğurlayıb.

Ev sahibi Xaləddin Həsənov polis şöbəsinə müraciət edib. Əməliyyat axtarış tədbirləri zamanı oğurluq edən şəxs saxlanılıb.

Saxlanılan Z.Kərimova etdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti