Bakı. Trend:
Səhər saatlarında Abşeron rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 30 m2 olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.