...

Sumqayıtda partlamamış top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 20 Sentyabr 2016 19:16 (UTC +04:00)
ANAMA tərəfindən sentyabrın 20-də Sumqayıt şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Sumqayıtda partlamamış top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən sentyabrın 20-də Sumqayıt şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Sumqayıtda qazıntı işləri aparılan ərazidə 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi OF-462) aşkar edilərək götürülüb, nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 20 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib 3 481 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti