...

Şərikinin 90 min dollarını mənimsəyən iş adamının məhkəməsi başladı

Hadisə Materials 22 Sentyabr 2016 17:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Şərikinin 90 min dollarını mənimsəyən iş adamının məhkəməsi başladı

Bakı. Samir Əli- Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs elan olunan ittiham aktı ilə özünü təqsirli bilməyib.

Sonra zərərçəkmiş Rasim Əliyev ifadə verib. Bildirib ki, dostu A. Abdullayev ticarətlə məşğul olduğunu əsas gətirərək, ondan 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar borc alıb. Bildirib ki, Bakı şəhərində 3 ticarət dükanı var və mal gətirmək üçün pula ehtiyacı var: "Dedi ki, gəl şərik işləyək. Ancaq sonradan bildim ki, Adil məni aldadır. Pulumu geri istədim. Dedi ki, ayda 3000 dollar ödəyə bilər. Mən razılaşdım, ancaq bir neçə aydan sonra heç nə vermədi. Sonra məlum oldu ki, onun təkcə mənə yox, digərlərinə də borcu var. Hazırda onun mənə 93 min dollar borcu var".

Məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, A.Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti