Bakı. Trend:
Astara rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Astara rayonu, Niləşə kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 3 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.