...

Bakıda ev yanıb

Hadisə Materials 5 Oktyabr 2016 08:49 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə və 1 ədəd "LG" markalı paltaryuyan maşın yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:05-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti