...

Yağış Bakıda 8 yol qəzasına səbəb oldu - 4 yaralı

Hadisə Materials 17 Oktyabr 2016 13:22 (UTC +04:00)
Oktyabrın 16-sı və 17-də intensiv yağışların yağması ilə əlaqədar Bakı şəhərində 8 yol qəzası baş verib.
Yağış Bakıda 8 yol qəzasına səbəb oldu - 4 yaralı

Bakı. Samir Əli - Trend:

Oktyabrın 16-sı və 17-də intensiv yağışların yağması ilə əlaqədar Bakı şəhərində 8 yol qəzası baş verib.

Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 16-da istirahət günü paytaxtda 3 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər xəsarət alıb.

Oktyabrın 17-də isə günorta saatlarına qədər 5 yol qəzası baş verib. Qəzalardan 3-ü maneəyə çırpılma, 2-si isə toqquşma nəticəsində baş verib. Hadisələr nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti