...

Quba-Xınalıq yolunda hərəkət bərpa edildi (YENİLƏNİB) (FOTO)

Hadisə Materials 18 Oktyabr 2016 14:24 (UTC +04:00)
Quba-Xınalıq yolunda qaya parçasının yolun hərəkət hissəsinə düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış problem aradan qaldırılıb.
Quba-Xınalıq yolunda hərəkət bərpa edildi (YENİLƏNİB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:54-də yayılıb)

Bakı. Bakı. Samir Əli - Trend:

Quba-Xınalıq yolunda qaya parçasının yolun hərəkət hissəsinə düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış problem aradan qaldırılıb.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətində problem müşahidə olunmur və hərəkət tam bərpa edilib.

X X X

12:54

Qubada yola iri qaya parçası düşüb.

Trend "ARB Şimal"a istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 23-cü km-nə iri qaya parçası düşüb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 5 saylı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti