...

Bakıda 52 yaşlı qadın dəm qazından boğulub öldü

Hadisə Materials 28 Noyabr 2016 09:56 (UTC +04:00)
Bakıda 52 yaşlı qadın dəm qazından zəhərlənib.
Bakıda 52 yaşlı qadın dəm qazından boğulub öldü

Bakı. Samir Əli - Trend:

Bakıda 52 yaşlı qadın dəm qazından zəhərlənib. Bu barədə Trend-ə Xətai rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qurbanova Qumru Əlirza qızı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti