...

Binəqədidə 3 otaqlı ev yanıb

Hadisə Materials 16 Dekabr 2016 11:19 (UTC +04:00)
Binəqədi rayonunda 3 otaqlı evdə yanğın olub.
Binəqədidə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Binəqədi rayonunda 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 38 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti