Bakı. Trend:
Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşmüş nerftçilərin axtarışı ilə əlaqədar olaraq, bu gün Axtarış-xilasetmə Qərargahının rəhbər heyət üzvləri hadisə yerində olublar.
Bu barədə Trend-ə Axtarış-xilasetmə Qərargahından məlumat verilib.
Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin