...

14 yaşlı oğlanı oğurladı - 12 il azadlığından oldu

Hadisə Materials 13 Yanvar 2017 14:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 14 yaşlı oğlanı oğurlamaqda təqsirləndirilərək həbs edilən Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
14 yaşlı oğlanı oğurladı - 12 il azadlığından oldu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 14 yaşlı oğlanı oğurlamaqda təqsirləndirilərək həbs edilən Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Qasımzadə 12 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb. O, uşağın qaytarılması üçün oğlanın anası Afət Qasımovadan 20 min manat istəyib. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində C.Qasımovun “VAZ-21154” markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı S.Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.

S.Qasımzadə Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti