...

Qobustanda mərasim evində yanğın

Hadisə Materials 16 Yanvar 2017 09:18 (UTC +04:00)
Qobustanda yanğın hadisəsi baş verib
Qobustanda mərasim evində yanğın

Bakı. Trend:

Qobustanda yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 430 m2 olan birmərtəbəli mərasim evinin lambirdən ibarət tanavı 15 m2 sahədə, 10 ədəd stul və 1 ədəd kondisioner yanıb.

Mərasim evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti