...

Qəbələdə və Sabunçuda yanğın olub

Hadisə Materials 17 Yanvar 2017 08:52 (UTC +04:00)
Qəbələ rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Qəbələdə və Sabunçuda yanğın olub

Bakı. Trend:

Qəbələ rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 70 m² sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 05.08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dogər yanğın hadisəsi isə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb. Rayonda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində sahəsi 10 m² olan mətbəxdə 7 m² sahədə məişət əşyaları və 3-cü mərtəbəsində otağın döşəməsi 0,5 m² sahədə və 1 ədəd yataq dəsti qismən yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05.35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti