...

Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Hadisə Materials 9 Fevral 2017 11:37 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Bakı. Trend:

"Sınıq Körpü" Gömrük Postunda gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstandan ölkəmizə minik maşını ilə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb.

Ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib. Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti