...

Aeroportda oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 11 Fevral 2017 13:25 (UTC +04:00)
Pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.
Aeroportda oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də H.Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində Sumqayıt şəhər sakini Müşviq Bəşirzadənin içərisində 1008 dollar, 90 türk lirəsi, 1 avro və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti