...

Biləsuvarda yanğın: ölən var

Hadisə Materials 7 Aprel 2017 06:10 (UTC +04:00)
Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb
Biləsuvarda yanğın: ölən var

Bakı. Trend:

Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti