...

Qəbələdə ağır yol qəzası - 1 ölü, 2 yaralı

Hadisə Materials 15 Aprel 2017 11:38 (UTC +04:00)
Qəbələ rayonunda ağır yol qəzəsı baş verib.
Qəbələdə ağır yol qəzası - 1 ölü, 2 yaralı

Bakı. Trend:

Qəbələ rayonunda ağır yol qəzəsı baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 2 radələrində Qəbələ şəhəri ərazisində Vəndam qəsəbə sakini Fərid Nəbiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti