...

Bakıda 16 yaşlı oğlana hökm oxundu - 1 il 6 ay həbs

Hadisə Materials 26 Aprel 2017 13:31 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsinin Yuvenal (Uşaqlarla bağlı) Məhkəmə Kollegiyasında həmyaşıdını bıçaqlamaqda təqsirləndirilən 2001-ci il təvəllüdlü O.K-nın işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda 16 yaşlı oğlana hökm oxundu - 1 il 6 ay həbs

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsinin Yuvenal (Uşaqlarla bağlı) Məhkəmə Kollegiyasında həmyaşıdını bıçaqlamaqda təqsirləndirilən 2001-ci il təvəllüdlü O.K-nın işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.K. 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, 16 yaşlı O.K həmyaşıdına söyüş söydüyünə görə, bıçaqla xəsarət yetirib. O, Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa zərər vurma) maddəsilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti