...

Sabunçuda 2 otaqlı mənzil yanıb

Hadisə Materials 28 Aprel 2017 08:42 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb
Sabunçuda 2 otaqlı mənzil yanıb

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 11 mənzildən ibarət binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları, 1-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan 3 otaqlı mənzildə 1 ədəd kondisioner yanıb və yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti