...

İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var

Hadisə Materials 4 May 2017 18:51 (UTC +04:00)
İspaniyanın paytaxtı Madrid yaxılığında kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb
İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var

Bakı. Trend:

İspaniyanın paytaxtı Madrid yaxınlığında sənaye zonasında yerləşən kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, partlayışdan sonra güclü yanğın başlayıb.

Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilir ki, hazırda yanğınsöndürənlər yanğını tam söndürə bilməsələr də, artıq vəziyyətə nəzarət olunur.

Madrid muxtar hakimiyyəti yanğınla bağlı yaranmış şəraitin sakinlərin səhhəti üçün təhlükəli olmadığını bəyan ediblər.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti