...

Qadınların çantalarına girənlər tutuldu

Hadisə Materials 29 May 2017 16:40 (UTC +04:00)
Nəsimi rayonunda çantadan pul oğurlayan şəxslər saxlanılıb.
Qadınların çantalarına girənlər tutuldu

Bakı. Trend:

Nəsimi rayonunda çantadan pul oğurlayan şəxslər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini L.Nurəliyevanın çantasından 500 manat pul və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Gözəlli və Ağsu rayon sakini Orxan İmanov tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların aprelin 13-də A.Quliyevanın çantasından mobil telefon oğurlamaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti