...

DİN və DTX Bakıda əməliyyat keçirdi

Hadisə Materials 16 İyun 2017 12:23 (UTC +04:00)
Daxili işlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib.
DİN və DTX Bakıda əməliyyat keçirdi

Bakı. Trend:

Daxili işlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib.

DİN-dən Trend-ə verilən məlumata görə, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

DTX və DİN əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti