...

Faiq Əmirlinin məhkəməsində şahidlər ifadə verdilər

Hadisə Materials 19 İyun 2017 16:54 (UTC +04:00)
Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Faiq Əmirlinin məhkəməsində şahidlər ifadə verdilər

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Prosesdə ifadə verən şahidlərin bəziləri F.Əmirli barədə ibtidai istintaqa verdikləri ifadəni təsdiq etməyiblər.

İclasda çıxış edən F.Əmirlinin vəkili Aqil Layicov bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib.

Proses iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. F.Əmirlinin barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirdi. İstintaq başa çatan ərəfədə Baş Prokurorluq F.Əmirlinin ittiham olunduğu iki maddə - Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə xitam verib. Hazırda F.Əmirli Cinayət Məcəlləsinin 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti